...

Kəmaləddin Heydərov BMMT-nin İcraiyyə Şurasının 58-ci sessiyasında iştirak edən rəhbər şəxsləri ilə görüşüb (FOTO/VİDEO)

Cəmiyyət Materials 9 İyul 2025 17:30 (UTC +04:00)
Kəmaləddin Heydərov BMMT-nin İcraiyyə Şurasının 58-ci sessiyasında iştirak edən rəhbər şəxsləri ilə görüşüb (FOTO/VİDEO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Nazir Kəmaləddin Heydərov BMMT-nin İcraiyyə Şurasının 58-ci sessiyasında iştirak edən bəzi ölkələrin aidiyyəti qurumlarının rəhbər şəxsləri ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bakıda keçirilən Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) İcraiyyə Şurasının 58-ci sessiyasında iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş Misir Ərəb Respublikası Mülki Müdafiə Baş İdarəsinin baş direktoru Nazim Faruq Əbdülhəmid Məhəmməd Əbdülkərim, Tacikistan Respublikası Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinin sədri Rəcəbəli Rəhmonəli, Qətər Dövləti Müki Müdafiə Departamentinin baş direktoru Həməd Otman Aldeha və Belarus Respublikasının fövqəladə hallar naziri Vadim Sinyavski ilə görüşüb.

Qonaqları Bakıda salamlamaqdan məmnunluq ifadə edən nazir K.Heydərov ölkəmizin təbii və texnogen fövqəladə hallarla mübarizə istiqamətində xarici tərəfdaşlarla əməkdaşlığın möhkəmləndirilməsində hər zaman maraqlı olduğunu xatırladıb. Bu mənada, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin digər ölkələrin uyğun qurumları ilə istər ikitərəfli əsasda, istərsə də beynəlxalq təsisatlar, xüsusilə Beynəlxalq Mülki Müdafiə Təşkilatı çərçivəsində əlaqələrin inkişafının qarşılıqlı faydası vurğurlanıb.

Nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə mülki müdafiə və əhalinin fövqəladə hadisələrdən qorunması sahəsində görülən uğurlu işlərdən danışıb, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirilən layihələr barədə məlumat verib.

Qonaqpərvərliyə və səmimi görüşə görə təşəkkürlərini bildirən qonaqlar Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasının 58-ci sessiyasının Bakı şəhərində yüksək səviyyədə təşkil olunduğunu qeyd ediblər.

Görüşlərdə BMMT çərçivəsində əlaqələrin hazırkı vəziyyəti və perspektivləri geniş müzakirə edilib, ölkələrimizin uyğun qurumları arasında əməkdaşlıq münasibətlərinin inkişafı baxımından Bakıda keçirilən sessiyanın əhəmiyyəti vurğulanıb.

Görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti