Bakı. Trend:
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında külək elektrik stansiyasının istismara verilməsi məsələsi müzakirə edilib.
Trend xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Vyanada Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudla səmərəli görüş keçirdik. Görüş zamanı ikitərəfli enerji gündəliyinin aktual məsələləri - Birgə Texniki Komissiyanın iclası, Səudiyyə şirkətləri ilə karbohidrogen sektorunda əməkdaşlıq, 240 MVt gücündə külək elektrik stansiyasının istismara verilməsi, dənizdə 3,5 QVt-lıq külək enerjisi və digər layihələrin icrası ilə bağlı müzakirələr apardıq", - deyə paylaşımda qeyd edilib.