...

NASA-ya yeni rəhbər təyin olunub

Dünya xəbərləri Materials 10 İyul 2025 09:45 (UTC +04:00)
NASA-ya yeni rəhbər təyin olunub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp ölkənin nəqliyyat naziri Şon Daffini NASA-ya (Milli Aeronavtika və Kosmos İdarəsi - red.) müvvəqqəti başçı təyin edib.

Trend xəbər verir ki, bu haqda Ağ Ev rəhbəri “Truth Social” sosial şəbəkə hesabında yazıb.

“Şon ölkəmizin nəqliyyat məsələləri ilə bağlı, o cümlədən, müasir hava nəqliyyatının idarə olunması sistemlərinin yaradılması, eyni zamanda, bizim yolların və körpülərin bərpasında nəhəng işlər görür, onları daha effektiv və daha gözəl şəkildə yerinə yetirir. Qısa müddətə olsa belə, o, daha vacib olan Kosmik agentliyin möhtəşəm rəhbəri olacaq”, - deyə Tramp yazıb.

Bundan bir müddət əvvəl "Politico" nəşri NASA-da yaxın zamanda kütləvi istefaların gözlənildiyi, 2000-dən çox işçinin agentliyin sıralarını tərk edəcəyi ilə bağlı xəbər yaymışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti