Bakı. Trend:
İspaniyanın "Las Palmas" komandasının kapitanı Kirian Rodriqes ikinci dəfə xərçəng xəstəliyinə qalib gəlib.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, 29 yaşlı yarımmüdafiəçi mövsümöncəsi tibbi müayinədən keçib və onun tam sağlam vəziyyətdə komandaya qoşulmağa hazır olduğu məlum olub.
Qeyd edək ki, 2022-ci ilin avqust ayında Rodriqesə limfa xərçəngi diaqnozu qoyulub. Futbolçu 2023-cü ilin yanvarında xəstəliyə qalib gəlib.