Bakı.Trend:
Lənkəranda arvadını öldürməyə cəhddə təqsirləndirilən Ehtibar Nehmətovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Trend xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Ehtibar Nehmətov 15 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Qeyd edək ki, təqsirləndirilən Ehtibar Nehmətova Cinayət Məcəlləsinin 29. 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29. 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb.