...

“Barselona” Rafael Leao ilə maraqlanır

İdman Materials 10 İyul 2025 07:42 (UTC +04:00)
“Barselona” Rafael Leao ilə maraqlanır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Barselona” Rafael Leaonun transferini müzakirə edib.

Trend-in Diario Sport-a istinadla verdiyi məlumata görə, “Milan”ın sürətli və texnikalı cinah hücumçusu klub prezidenti Joan Laporta tərəfindən yüksək qiymətləndirilir. Futbolçunun rəsmi nümayəndəsi olmasa da, tanınmış agent Jorje Mendeş onun üzərində təsirə malikdir və eyni zamanda “Milan” rəhbərliyində böyük nüfuza sahibdir.

Mendeş artıq “Barselona” ilə Leao transferi ətrafında ilkin təmas qurub, lakin hələlik rəsmi addım atılmayıb. Klubun əsas hədəflərindən olan Niko Uilyams və Luis Dias transferlərinin alınmaması, portuqaliyalı futbolçunun keçidini daha da aktuallaşdıra bilər.

Qeyd edək ki, Kataloniya klubu ötən yay da transfer pəncərəsinin son günlərində Leao ilə maraqlanmış, lakin razılaşma əldə olunmamışdı. Hazırda “Barselona”ya mümkün transferin şərtləri təqdim olunub, lakin klub digər potensial keçidlərin inkişafını gözləyir və danışıqlarda irəliləyiş hələlik qeydə alınmayıb.

Leao-nun transferi, xüsusilə avqust ayında daha real görünə bilər.

Xəbər lenti

Xəbər lenti