Bakı. Trend:
Azərbaycanda, Bakıda ilk dəfə olaraq “Pastry & Bakery Chefs Baku Cup 2025” - qənnadçılıq və çörəkbişirmə sənəti üzrə milli birincilik keçiriləcək. Tədbir peşəkar qənnadçıları və ixtisaslaşmış təhsil müəssisələrinin tələbələrini bir araya gətirərək onların ustalıqlarını nümayiş etdirməsi və təcrübə mübadiləsi aparması üçün unikal bir platforma olacaq.
Bu barədə Trend-ə Azərbaycan Kulinariya Gildiyasının (Azerbaijan Chefs Guild) və Bakı Kulinariya Assosiasiyasının sədri İlkin Əkbərzadə məlumat verib.
Keçirilmə tarixi: 30 iyul
Keçirilmə yeri: Badamdar Hotel & Residences, Bakı
Təşkilatçı: Bakı Kulinariya Assosiasiyası
Çempionat ölkədə qənnadçılıq və çörəkbişirmə sahəsinin inkişafına, həmçinin istedadlı mütəxəssislərin üzə çıxarılmasına və onların beynəlxalq arenada tanıdılmasına xidmət edəcək.