...

Azərbaycanda rus bölmələrinin bağlanması gündəmdə deyil - Nazir

Cəmiyyət Materials 10 İyul 2025 11:23 (UTC +04:00)
Azərbaycanda rus bölmələrinin bağlanması gündəmdə deyil - Nazir
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda rus bölmələrinin bağlanması gündəmdə deyil.

Trend xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda ADA Universitetində keçirilən tədbirdə çıxışı zamanı məlumat verib.

"Biz istəyirik ki, şagirlər xarici dillə yanaşı, Azərbaycan dilini yaxşı bilsin. Buna baxmayaraq, bizim rus dili ilə bağlı çatışmazlıqlarımız var.

Müəllimlərin işə qəbulu prosesində rus bölməsi üzrə müəllim olmaq istəyən namizədlərin maksimum balı 50-60 arasıdır. Azərbaycan bölməsi üzrə isə 80-dən yuxarıdır. Buna görə də rus bölməsinə məcbur qalıb yarıbayarı nəticə göstərən müəllimi işə götürürük, çünki başqası yoxdur", - o qeyd edib.

Nazirin sözlərinə görə, rus bölməsi məktəblərində kefiyyət sürətlə aşağı düşür.

"Bunun səbəbi isə müəllimdir. Azərbaycanda bütün məktəblər Azərbaycan məktəbidir və bu məktəblərdə oxuyanlar hansı sektorda oxumasından asılı olmayaraq, Azərbaycan dilini mükəmməl bilməlidir", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti