...

Azərbaycanda Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının 1-ci sammiti keçiriləcək

Turizm Materials 10 İyul 2025 10:54 (UTC +04:00)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

İyulun 12-də Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının təşkilatçılığı və Türk Dövlətləri Təşkilatının dəstəyi ilə Şahdağ Turizm Mərkəzində Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının 1-ci sammiti keçiriləcək.

Bu barədə Trend-ə Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqından məlumat verilib.

Bildirilib ki, sammitdə Türk Dövlətləri Təşkilatının və Dövlət Turizm Agentliyinin rəsmiləri, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Türkiyə və Qırğızıstan Respublikalarının dağ kurortlarının rəhbərləri və nümayəndələri iştirak edəcəklər.

Sammit çərçivəsində İttifaq ölkələrində dağ və qış turizminin inkişafına dair müxtəlif mövzulara həsr olunan panel müzakirələr və təqdimatlar təşkil olunacaq.

Bununla yanaşı tədbirin ikinci günü Türkdilli Dövlətlərdən, o cümlədən bir sıra Avropa ölkələrindən qatılan 600 -ə yaxın həvəskar atletin iştirakı ilə müxtəlif məsafələr üzrə Qaçış Festivalı(Runnig Fest) təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti