Bakı. Trend:
2025-2026 mövsümündə Misli Premyer Liqasında çıxış edəcək "Karvan"da yeni müqavilə qeydə alınıb.
Trend klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Kamran İbrahimovla yeni sözləşmə imzalanıb.
Məlumata görə, 26 yaşlı qapıçının müqaviləsi 1 illikdir.
Qolkiper qarşıdakı bir il ərzində komandada çıxış edəcək.