Bakı. Trend:
İsrail Qəzza zolağında münaqişənin diplomatik yolla həllinə razıdır.
Trend-in məlumatına görə, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-yə səfəri zamanı deyib.
B.Netanyahu vurğulayıb ki, İsrail anklavda 60 günlük atəşkəsə razıdır, lakin tam demilitarizasiyada və Fələstinin "HƏMAS" hərəkatının sektorda hakimiyyətdən uzaqlaşdırılmasında israrlıdır. O qeyd edib ki, diplomatiya uğursuz olarsa, İsrail bu məqsədi hərbi yolla həyata keçirmək niyyətindədir.
O qeyd edib ki, iyulun 9-da Qəzzada saxlanılan girovların bir qrup qohumu ilə ABŞ-də görüşdə bu mövqeyini açıqlayıb.