Bakı. Trend:
İsrail ordusu Livanın cənubuna yeni zərbə endirib.
Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.
Məlumata əsasən, hədəf "Hizbullah" təşkilatının hərbi qanadının artilleriya komandiri Məhəmməd Camal Murad olub. Bildirilib ki, o, Livanın cənubundakı Əl-Mənsuri şəhəri yaxınlığında məhv edilib.
Zərərsizləşdirilən komandirin İsrailə çoxsaylı raket hücumlarına görə məsuliyyət daşıdığını qeyd edilib.