Bakı. Trend:
"Sumqayıt"ın yeni baş məşqçisi Saşa İliçin məşqçilər korpusu müəyyənləşib.
Trend xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumata görə, 47 yaşlı serbiyalı mütəxəssisin köməkçiləri Veliçko Kaplanoviç, Şahin Abdullayev və Vurğun Hüseynov olacaq. Fiziki hazırlıq üzrə məşqçi vəzifəsini Darko Obradoviç, qapıçılar üzrə məşqçi vəzifəsini isə Emil Babayev yerinə yetirəcək.
Qeyd edək ki, Saşa İliç "Sumqayıt"la 1 illik müqavilə imzalayıb.