Bakı. Trend:
Türkiyənin “Samsunspor” komandasının UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.
Trend UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Superliqa təmsilçisi bu mərhələdə Şimali Makedoniyanın “Şkendiya" kollektivi ilə qarşılaşacaq.
İlk oyun fevralın 19-da Şimali Makedoniyada təşkil olunacaq.
Pley-off mərhələsinin digər cütləri
KuPS – “Lex”
“Zrinski” – “Kristal Pelas”
“Siqma” – “Lozanna”
“Omoniya” – “Riyeka”
“Drita” – “Çelye”
"Noa" - “AZ Alkmaar”
"Yagelloniya" – “Fiorentina”
