...

Əksər şəhərlər 2035-ci ilə qədər dayanıqlı mobilliklə bağlı məqsədlərə çatmaya bilər - BCG

İqtisadiyyat Materials 16 Yanvar 2026 16:15 (UTC +04:00)
Əksər şəhərlər 2035-ci ilə qədər dayanıqlı mobilliklə bağlı məqsədlərə çatmaya bilər - BCG
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Şəhərlərin 90 faizindən çoxu 2035-ci ilə qədər şəhər mobilliyinin yaxşılaşdırılması üzrə hədəflər müəyyən edib. Bu hədəflər şəxsi avtomobillərdən istifadədən daha dayanıqlı nəqliyyat formatlarına – ictimai nəqliyyata, velosiped və piyada marşrutlarına keçidi nəzərdə tutur. Lakin "Boston Consulting Group" (BCG) qlobal konsaltinq şirkətinin yeni araşdırması göstərib ki, şəhərlər orta hesabla bu hədəflərdən 10–15 faiz-bənd geri qalır.

Trend bu barədə şirkətə istinadən xəbər verir.

Məlumata görə, əvvəlki dövrlərdə şəhərlərin əksəriyyətinin on il ərzində cəmi 3-5 bənd irəliləyiş əldə etdiyi nəzərə alınsa, onların bir çoxunun tələb olunan müddətdə mövcud fərqi aradan qaldıra bilməyəcəyi ehtimal olunur.

"Dəyişikliklərə sadiqliyə baxmayaraq, şəhər hakimiyyətləri mobillik transformasiyasının asan başa gəlmədiyini etiraf edirlər. BCG-nin sorğusunda iştirak edən respondentlərin 90 faizindən çoxu ən böyük effekt verəcək tədbirləri müəyyənləşdirməyin çətin olduğunu bildirib. Onların yarıdan çoxu ictimai müqaviməti əsas maneə kimi göstərib. Eyni zamanda şəhərlərin 50 faizindən azı qərarların qəbul edilməsi prosesinə sakinləri sadə onlayn sorğulardan kənar formatlarda cəlb edir.

Bu nəticələr "BCG City Mobility Compass: The Global Champions of Urban Mobility" adlı tədqiqatda təqdim olunub. Tədqiqat çərçivəsində 150 şəhər üzrə 20-dən çox göstərici – yol sıxlığından və emissiyalardan tutmuş ictimai nəqliyyatın əlçatanlığına qədər – təhlil edilib. Həmçinin 50-dən çox şəhər rəhbərinin sorğusunun nəticələrindən istifadə olunub”, – şirkət qeyd edir.

BCG-nin Mobillik İnnovasiyaları Mərkəzinin rəhbərlərindən biri və hesabatın həmmüəllifi Markus Hagenmayr bildirib ki, şəhərlərin vaxtı azdır.

Onun sözlərinə görə, mövcud dəyişiklik templəri ilə şəhərlərin əksəriyyəti 2035-ci ilə qədər mobillik hədəflərinə çatmayacaq və hazırda fərq 10–15 faiz-bənd təşkil edir.

“Təkcə ambisiyalar kifayət deyil. Sürətləndirilmiş transformasiyaya aparan ilk addım şəhərin hansı sahələrdə geri qaldığını və hansı tədbirlərin ən qısa zamanda real nəticələr verəcəyini dəqiq anlamaqdır”, – o bildirib.

Hesabatda bu sahədə uğur əldə etmiş şəhərlər də təqdim olunub:

  • inkişaf etmiş ictimai nəqliyyata malik meqapolislər (Mass-Transit Megacities): lider Sinqapur, ardınca Tokio, Honq Konq, Seul və London;

  • çiçəklənən innovasiya mərkəzləri (Prosperous Innovation Centers): birinci yerdə Utrext, daha sonra minimal fərqlə Helsinki, Vyana, Amsterdam və Kopenhagen;

  • orta ölçülü ənənəvi şəhərlər (Traditional Middleweights): lider Stokholm, ardınca Manhaym, Vellinqton, Tallin və Rotterdam;

  • multimodal metropollar (Multimodal Metropolises): lider Berlin, yüksək mövqelərdə həmçinin Barselona, Madrid, Nankin və Pekin;

  • şəxsi nəqliyyatın üstünlük təşkil etdiyi meqapolislər (Private Transport Powerhouses): ən yüksək qiymətləndirməni San-Fransisko alıb, onun ardınca Nyu-York, Əbu-Dabi, Dubay və Sidney şəhərləri gəlir.

  • inkişaf etməkdə olan nəhəng şəhərlər (Developing Urban Giants): ilk beşlikdə Kuala-Lumpur liderdir, ardınca Banqalor, Manila, Dehli və Dakka gəlir.

Qeyd olunur ki, Mərkəzi Asiya və Xəzər regionu, o cümlədən Bakı, Daşkənd, Almatı və İstanbul şəhərləri hələlik BCG City Mobility Compass tədqiqatında təmsil olunmayıb.

Məlumata görə, nəzərə alsaq ki, əvvəlki dövrlərdə şəhərlərin əksəriyyəti on il ərzində cəmi 3–5 bənd irəliləyiş əldə edirdi, onların bir çoxunun tələb olunan müddətdə mövcud fərqi aradan qaldıra bilməyəcəyi ehtimal olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti