Bakı. Trend:
Avropa İttifaqı İrana qarşı sanksiyaların daha da sərtləşdirilməsi imkanını nəzərdən keçirir.
Trend-in məlumatına görə, bunu Avropa Komissiyasının sədri Ursula Fon der Leyen bildirib. Onun sözlərinə görə, Aİ-yə İranda hökumət əleyhinə etirazların iştirakçıları tərəfindən yeni şəxslərin sanksiya siyahısına salınması ilə bağlı müraciətlər daxil olub və bu tələblər icra ediləcək.
Leyen vurğulayıb ki, Aİ digər ölkələrin mümkün hərbi addımlarına münasibət bildirmir, lakin Tehrana qarşı məhdudlaşdırıcı tədbirlərin gücləndirilməsi gündəmdədir.