...

Azərbaycana qarşı ikili standart tətbiq edən təşkilatlar ölkələrindəki hadisələrə diqqət yetirsə, daha ədalətli olar - BTQ rəsmisi

Siyasət Materials 16 Yanvar 2026 13:08 (UTC +04:00)
Azərbaycana qarşı ikili standart tətbiq edən təşkilatlar ölkələrindəki hadisələrə diqqət yetirsə, daha ədalətli olar - BTQ rəsmisi
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Hindistan hökumətinin tətbiq etdiyi irqçilik, zorakılıq və diskriminasiya siyasəti dünya ictimaiyyətinə düzgün şəkildə çatdırılmalıdır və aidiyyəti beynəlxalq təşkilatlar bu məsələyə ədalətli reaksiya verməlidir.

Trend xəbər verir ki, bu fikirləri bu gün Bakı Təşəbbüs Qrupunun (BTQ) İcraçı direktoru Abbas Abbasov “Hindistanda Zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Bakı Təşəbbüs Qrupu beynəlxalq qeyri-hökumət təşkilatı olaraq bu mövzunu BMT-də, BMT institutlarında və digər aidiyyəti beynəlxalq təşkilatların gündəliyinə daşıyacaq.

Xəbər lenti

Xəbər lenti