Bakı.Trend:
WUF13 tədbiri çərçivəsində özəl sektor, akademik dairələr və
tədqiqatçılar üçün məlumatlandırma sessiyaları keçiriləcək
Trend xəbər verir
ki, Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü
sessiyası (WUF13) özəl sektor nümayəndələri, akademik dairələr və
tədqiqatçıları məlumatlandırma sessiyalarında iştirak etməyə dəvət
olunur. Məlumatlandırma sessiyaları tərəfdaşlar üçün təşkil olunan
silsilə tədbirlər çərçivəsində keçirilir. İlk sessiya 19 yanvar
2026-cı ildə təşkil olunacaqdır.
Baş tutacaq sessiyalarda WUF13 tədbiri haqqında ümumi təqdimatla yanaşı biznes nümayəndələri, akademik dairələr, tədqiqatçılar və onların şəbəkələri üçün Ümumdünya Şəhərsalma Forumunda iştirak imkanları barədə ətraflı məlumat veriləcək. Məqsəd milli təmsilçilik və iştirakçılığın təşviq edilməsidir.
WUF13 tədbirinin məlumatlandırma sessiyalarına qeydiyyat üçün müraciətlər aşağıdaki link vasitəsilə təqdim edilməlidir. https://forms.cloud.microsoft/Pages/ResponsePage.aspx?id=2zWeD09UYE-9zF6kFubccMV0HkrWsj5JjePR3JwA8tdUOFhLRjU3MEdTUUxGSlk4UzRVUFBSSFoxMi4u. İştirakda maraqlı olan şəxslər özləri haqda qısa məlumatı qeyd etməli və müvafiq sessiyanın keçirildiyi vaxtı seçməlidir.
Şəhərsalma sahəsində beynəlxalq dialoq və əməkdaşlıq platforması olan WUF13 qurum və təşkilatlara tədbirin “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna uyğun tədbirlər təşkil etmək imkanı yaradır.
Hazırda 17–22 May 2026-cı il tarixlərində Bakıda keçiriləcək WUF13 çərçivəsində təşkil olunacaq tərəfdaş tədbirləri üzrə də qeydiyyat prosesi davam edir. Müraciətlərin qəbulu üçün son tarix 29 yanvar 2026-cı il olaraq müəyyən edilib. Qeydiyyat və tədbirlərin təşkili ilə bağlı əlavə məlumat almaq üçün [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlamaq mümkündür.
WUF şəhərsalma sahəsində ən mötəbər və genişmiqyaslı iştirakçılığa malik qlobal konfransdır. Burada cəmiyyəti düşündürən ən aktual məsələlər - sürətli urbanizasiya və onun icmalara, şəhərlərə, iqtisadiyyata, iqlim dəyişmələrinə və siyasətlərə təsiri kimi məsələlər araşdırılır. WUF milli, regional və yerli hökumətləri, akademik dairələri, biznes liderlərini, şəhərsalma mütəxəssislərini və vətəndaş cəmiyyətini bir araya gətirir.
