Bakı. Trend:
YARAT Müasir İncəsənət Mərkəzində YARAT Müasir İncəsənət Məktəbinin yeni mövsümünün açılışı baş tutub.
Trend xəbər verir ki, məktəbin üçüncü mövsümü kinematoqrafiyaya həsr olunub. Proqramın müəllifi və bədii rəhbəri kinorejissor, prodüser və Avropa Film Akademiyasının üzvü Rüfət Həsənovdur. Proqram rejissorluq, ssenaristlik və prodüserlik sahələrinə maraq göstərən gənclər üçün nəzərdə tutulub. Proqrama 100-dən artıq müraciət daxil olub və iki mərhələli seçim prosesi yüksək rəqabət şəraitində həyata keçirilib. Nəticədə 20 iştirakçı YARAT Məktəbinin tələbəsi seçilib.
Müzakirələr yerli və xarici kino mütəxəssisləri tərəfindən aparılacaq və kursun yekunu olaraq bir neçə qısametrajlı film istehsal ediləcək.
