...

Mobillik səviyyəsi və nəqliyyatın əlçatanlığı baxımından şəhərlər arasındakı uçurum artmaqdadır - BCG

İqtisadiyyat Materials 16 Yanvar 2026 14:41 (UTC +04:00)
Mobillik səviyyəsi və nəqliyyatın əlçatanlığı baxımından şəhərlər arasındakı uçurum artmaqdadır - BCG
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

“Boston Consulting Group” (BCG) beynəlxalq konstaltinq şirkətinin apardığı araşdırma, hətta oxşar ölçüyə malik şəhərlər arasında belə şəhər mobilliyi səviyyəsində əhəmiyyətli fərqlərin olduğunu ortaya çıxarıb .

Trend bu barədə şirkətə istinadən xəbər verir.

Məlumata görə, şəhərlərdə avtomobillərdən asılılıq yüksək səviyyədə qalmaqdadır.

“Əhalisi 3 milyondan çox olan və şəxsi nəqliyyatdan ən çox asılı şəhərlərdə 10 dəqiqəlik səfər zamanı CO₂ emissiyalarının miqdarı, inkişaf etmiş ictimai nəqliyyat sisteminə malik meqapolislərlə müqayisədə azı iki dəfədən çoxdur. Eyni zamanda, bu şəhərlərin sakinləri ildə orta hesabla yola 40 saat daha çox vaxt sərf edirlər. BCG-nin təhlili avtomobildən daha az asılılıqla mobilliklə bağlı tədbirlərin nəticə göstəricilərinin daha yüksək olması arasında güclü qarşılıqlı əlaqə olduğunu üzə çıxarıb”, – şirkət bildirir.

Hesabata əsasən, inkişaf etməkdə olan şəhər məkanları nəqliyyatın əlçatanlığının azalması və buraxıcılıq qabiliyyətinin yaxınlaşmaqda olan defisiti ilə üzləşir. Əlavə investisiyalar olmadan belə şəhərlərdə ictimai nəqliyyata çıxış 2040-cı ilə qədər 15 faiz bəndi azala bilər.

Vurğulanır ki, eyni zamanda əhalinin artımı fonunda dəmir yolu nəqliyyatının adambaşına düşən buraxılış qabiliyyəti 25–30% azala bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti