Bakı.Trend:
Yeni avtomobil yolu Ziya Bünyadov və Heydər Əliyev
prospektlərinə paralel olaraq layihələndirilib.
Trend xəbər
verir ki, bu barədə AAYDA məlumat yayıb.
Bildirilib ki, Dövlət Proqramına əsasən, avtomobil yolunun
Akademik Həsən Əliyev küçəsi – Müzəffər Nərimanov küçəsinədək olan
hissəsi 6 hərəkət zolağından ibarət olmaqla ümumilikdə 3,9 km
uzunluğa malikdir. Bundan əlavə, 2,6 km uzunluğunda qollar, ramplar
və yanaşma yolları da layihəyə daxildir.
Avtomobil yolunda ümumi uzunluğu 2 073 metr olan 4 tunel və ümumi
uzunluğu 112 metr olan 3 yeraltı piyada keçidinin inşası nəzərdə
tutulur:
1 nömrəli tunel – yolun 0.8-ci km-də yerləşir. Ümumi uzunluğu 506
m, eni 17 m-dir (qapalı hissə – 120 m, açıq hissə – 386 m);
2 nömrəli tunel – yolun 1.5-ci km-də yerləşir. Ümumi uzunluğu 363
m, eni 11 m-dir (qapalı hissə – 74,09 m, açıq hissə – 289 m);
3 nömrəli tunel – yolun 1.8-ci km-də yerləşir. Ümumi uzunluğu 307
m, eni 27,5 m-dir (qapalı hissə – 192,8 m, açıq hissə – 114,5
m);
4 nömrəli tunel – yolun 2.4-cü km-də yerləşir. Ümumi uzunluğu 894,7
m, eni 27,5 m-dir (qapalı hissə – 259,5 m, açıq hissə – 390,6 m,
çıxış hissəsi – 244,6 m).
Layihə üzrə bütün tunellərdə və yeraltı piyada keçidlərində
tikinti-quraşdırma işlərinin tikintisi davam edir.
Tikinti prosesi “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə həyata
keçirilir. Qeyd edək ki, artıq bütün inşaat meydançalarında
mobilizasiya və demobilizasiya işləri başa çatdırılıb.
Hazırda “Ulduz” metrostansiyasından Həsən Əliyev küçəsi
istiqamətində tikinti-quraşdırma işləri sürətlə davam
etdirilir.
