Bakı. Trend:
ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff mövcud gərginliyin azaldılması üçün Vaşinqtonun İrana olan tələblərini səsləndirib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Uitkoffun sözlərinə görə, razılaşma 4 vacib məsələyə toxunmalıdır: uranın zənginləşdirilmə səviyyəsi, raket arsenalının ixtisarı, artıq mövcud nüvə materialları ilə necə davranılacağı və Yaxın Şərqdə fəaliyyət göstərən İranyönümlü qruplaşmaların fəaliyyəti.
Jurnalistlərin ABŞ Silahlı Qüvvələrinin İrana mümkün zərbəsi ilə bağlı sualına cavab verən xüsusi elçi bütün məsələlərin diplomatik yolla həll olunacağına ümidvar olduğunu bildirib. O qeyd edib ki, İslam Respublikasının ağır iqtisadi vəziyyəti Tehranın kompromisə getməsinə təkan verə bilər.
Sonda Uitkoff İrandakı etirazçıları “son dərəcə cəsur insanlar” adlandırıb və onlarla həmrəylik ifadə edib.
