Bakı. Trend:
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampdan İrana hücum planlarını təxirə salmasını istəyib.
Trend-in məlumatına görə, bu barədə ""The New York Times" qəzetinin mənbələri bildirib.
Məlumata əsasən, Netanyahu yanvarın 14-də ABŞ prezidenti ilə telefonla danışıb.
Bildirilib ki, D.Trampın İrandakı gərginliyin azaldılması ilə bağlı "çox vacib mənbələrdən" məlumat aldığına dair eyni gün səsləndirdiyi fikir, onun İrana potensial hücumdan imtina etdiyini göstərirdi.