Bakı. Trend:
Yanğın Cənubi Koreya paytaxtı Seulun kənarındakı ərazidə yanğın baş verib.
Trend-in məlumatına görə, bu barədə "Yonhap" agentliyi xəbər verib.
Məlumata əsasən, yanğın səbəbindən 47 nəfər təxliyə olunub.
Söhbət paytaxtın Kannam rayonunun cənubundakı Kuryon kəndindən gedir. "[Kənd] 1980-ci illərdə, şəhərin böyük tikinti layihələri həyata keçirməsi ilə ətraf ərazilərin kasıb sakinləri evlərindən köçmək məcburiyyətində qaldıqdan sonra yaranıb", - deyə qeyd olunub.
Bildirilib ki, yanğın 16 yanvar tarixində yerli vaxtla səhər saat 05:00 radələrində kəndin məhəllələrindən birində başlayıb. Yanğının tərk edilmiş bir evdə başladığı ehtimal olunur.