...

Güzəştlərdən məhrum etmək hədəsi ilə işçini əlavə işlətmək qadağan edildi

Cəmiyyət Materials 16 Yanvar 2026 19:47 (UTC +04:00)
Güzəştlərdən məhrum etmək hədəsi ilə işçini əlavə işlətmək qadağan edildi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Əmək müqaviləsində nəzərdə tutulan güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu ilə işçini əlavə işi yerinə yetirməyə məcbur etmək qadağan edilib.

Trend-in məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Qanuna əsasən, əmək müqaviləsində və ya kollektiv müqavilədə nəzərdə tutulmuş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti