...

ABŞ-ın qərb sahillərində 6,0 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 16 Yanvar 2026 08:12 (UTC +04:00)
ABŞ-ın qərb sahillərində 6,0 bal gücündə zəlzələ olub

Bakı. Trend:

ABŞ-nin Oreqon ştatının sahillərində 6,0 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ-nin Geoloji xidməti bildirib.

Məlumata əsasən, zəlzələnin episentri Kus Bay şəhərindən 309 km qərbdə yerləşib. Yeraltı təkanların ocağı 7,1 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti