...

Günəşdə müəmmalı nəhəng dəlik əmələ gəlib (FOTO)

Dünya xəbərləri Materials 16 Yanvar 2026 19:54 (UTC +04:00)
Günəşdə müəmmalı nəhəng dəlik əmələ gəlib (FOTO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Günəşdə forması qeyri-adi olan, tərsinə “1” rəqəmini xatırladan iri koronal dəlik müşahidə olunur.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası öz "Telegram" kanalında məlumat yayıb.

“Böyük, tərsinə "1" rəqəmini xatırladır. Hərçənd təxəyyülü işə salsaq, buludlarda olduğu kimi burada da müxtəlif fiqurlar görmək olar”, – paylaşımda qeyd olunub.

Bildirilir ki, dəliyin hündürlüyü təxminən bir milyon kilometrdir. Laboratoriyanın məlumatına görə, Günəşdə koronal dəliklər 2025-ci ilin ilk aylarından etibarən, Günəş aktivliyinin pik mərhələsindən sonra daha tez-tez yaranmağa başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti