Bakı. Trend:
ABŞ Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani də daxil olmaqla 11 İran vətəndaşına və İran, BƏƏ və Sinqapurda qeydiyyatdan keçmiş 13 şirkətə qarşı sanksiyalar tətbiq edib.
Trend-in məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyi bildirib.
Məlumata əsasən, Laricani ilə yanaşı, sanksiya siyahısına ABŞ-ın etirazları qəddarcasına yatırmaqda ittiham etdiyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvləri və polis zabitləri də daxildir.
Sanksiyaların həmçinin fəaliyyəti “kölgə bankçılığı” ilə əlaqəli olan hüquqi şəxslərə qarşı yönəldiyi vurğulanıb.
