...

İsrail hava qüvvələri Livanın üç bölgəsində "Hizbullah" bazalarına zərbələr endirib

Dünya xəbərləri Materials 15 Yanvar 2026 21:22 (UTC +04:00)
İsrail hava qüvvələri Livanın üç bölgəsində "Hizbullah" bazalarına zərbələr endirib

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Livanın cənubundakı Suxmur və Yoxmur şəhərlərində "Hizbullah" təşkilatına məxsus hərbi hədəfləri məhv edib.

Trend-in məlumatına görə, bu barədə "Al Jadeed" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, təyyarələr həmçinin Bekaa vadisinin qərbindəki Maşqar şəhərinə iki hava hücumu həyata keçirib.

Mülki şəxslər arasında itki və ya xəsarət alanlar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti