...

Ələt Azad İqtisadi Zonası Avropa şirkətləri üçün regional logistika mərkəzi kimi cəlbedici qiymətləndirilib

İqtisadiyyat Materials 16 Yanvar 2026 17:42 (UTC +04:00)
Ələt Azad İqtisadi Zonası Avropa şirkətləri üçün regional logistika mərkəzi kimi cəlbedici qiymətləndirilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ələt Azad İqtisadi Zonası multimodal bağlantılara malik strateji nəqliyyat-logistika infrastrukturu və regional logistika mərkəzi kimi rolu Avropa şirkətləri üçün regional və beynəlxalq bazarlara səmərəli çıxış baxımından cəlbedici amil kimi qiymətləndirilib.

Trend bu barədə iqtisadi zonaya istinadən xəbər verir.

Belə ki, 14 yanvar 2026-cı il tarixində Ələt Azad İqtisadi Zonasında Avropa İttifaqının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun (ENEST) bölmə rəhbəri Devid Kallenin rəhbərlik etdiyi Avropa İttifaqı nümayəndə heyəti ilə görüş keçirilib. Nümayəndə heyətini Azərbaycan Respublikasındakı Avropa İttifaqının səfiri və nümayəndəliyin rəhbəri, Zati-aliləri xanım Marijana Kuyundjiç müşayiət edib.

Görüş zamanı Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarəsinin İdarə Heyətinin sədri Valeh Ələsgərov Ələt Azad İqtisadi Zonası barədə ətraflı təqdimatla çıxış edib. Təqdimatda Zonanın unikal hüquqi rejimi, istifadəyə tam hazır on-site və off-site infrastruktur imkanları, mühəndis-kommunikasiya sistemləri ilə təchiz edilmiş sənaye təyinatlı torpaq sahələri, habelə investorlar üçün nəzərdə tutulan maliyyə və qeyri-maliyyə təşviqləri paketi əhatəli şəkildə təqdim olunub. Eyni zamanda Zonanın nəqliyyat-logistika infrastrukturu və inkişaf potensialına xüsusi diqqət yetirilib.

Avropa İttifaqı nümayəndə heyəti təqdimatın yüksək təəssürat yaratdığını bildirib. Xüsusilə Zonanın multimodal bağlantılara malik strateji nəqliyyat-logistika infrastrukturu və regional logistika mərkəzi kimi rolu Avropa şirkətləri üçün regional və beynəlxalq bazarlara səmərəli çıxış baxımından cəlbedici amil kimi qiymətləndirilib. Həmçinin zəruri əsas infrastruktura malik, istifadəyə hazır sənaye torpaq sahələrinin mövcudluğu Zonanın ümumi investisiya cəlbediciliyini artıran əsas üstünlüklərdən biri kimi qeyd olunub.

Görüşün sonunda Avropa İttifaqı nümayəndə heyəti dialoqun davam etdirilməsində və gələcək əməkdaşlıq imkanlarının araşdırılmasında maraqlı olduqlarını ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti