...

Ötən il ərzində "Abşeron" yatağında kondensat hasilatının həcmini açıqlanıb

Energetika Materials 16 Yanvar 2026 02:06 (UTC +04:00)
Ötən il ərzində "Abşeron" yatağında kondensat hasilatının həcmini açıqlanıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə Azərbaycanın "Abşeron" yatağında kondensat hasilatı 0,6 milyon ton təşkil edib.

Bu barədə Trend Energetika Nazirliyinə istinadən məlumat verib.

2024-cü ilin eyni dövrü ilə müqayisədə "Abşeron" yatağında kondensat hasilatı dəyişməyib.

Xatırladaq ki, 2025-ci ilin yanvar-dekabr ayları üzrə əməliyyat məlumatlarına görə, Azərbaycanda 27,7 milyon ton neft (qaz kondensatı da daxil olmaqla) hasil edilib.

"Abşeron" yatağı Xəzər dənizində, Bakıdan təxminən 100 km cənub-şərqdə və "Şahdəniz" yatağından 25 km şimal-şərqdə yerləşir.

Kondensat və qaz hasilatı JOCAP tərəfindən idarə olunan tək bir dərin dəniz quyusundan istifadə edərək erkən istehsal layihəsi çərçivəsində 2023-cü ilin iyul ayından bəri davam edir.

Xəbər lenti

Xəbər lenti