Bakı. Trend:
İngiltərə Premyer Liqasında dekabr ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.
Trend xəbər verir ki, "Aston Villa"nı çalışdıran Unay Emeri ötən ayın ən yaxşısı adına layiq görülüb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
İspaniyalı mütəxəssisin komandası dekabrda ölkə çempionatında keçirdiyi 5 oyunun hamısında qalib gəlib.
Qeyd edək ki, "Aston Villa" Premyer Liqada 21 turdan sonra 43 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.