Bakı. Trend:
Şəhərlər ən kəskin problemlərə və istifadə olunmamış potensiala fokuslandıqları, ayrı-ayrı tədbirlər çərçivəsindən kənara çıxdıqları və real vaxt rejimində məlumatlardan ssenarilərin modelləşdirilməsi və investisiya qərarlarının qəbulu üçün istifadə etməyə başladıqları təqdirdə əhəmiyyətli irəliləyiş əldə edə bilərlər.
Trend xəbər verir ki, bu barədə “Boston Consulting Group” (BCG) beynəlxalq konsaltinq şirkətinin araşdırmasında bildirilir.
Məlumata görə, şəhərlərə mobillik sahəsində mövcud inkişaf səviyyəsini qiymətləndirmək və onu öz kateqoriyasına aid şəhərlərlə müqayisə etməkdə kömək məqsədilə “BCG City Mobility Health Check Tool” adlı rəqəmsal alət hazırlanıb. Gələcəkdə bu alət tədqiqata daxil edilmiş 150 şəhərin hamısını əhatə edəcək.
BCG-nin şəhər planlaşdırılması və mobillik üzrə qlobal eksperti, tədqiqatın həmmüəllifi Arturs Smilkstins bildirib ki, 2050-ci ilə qədər şəhərlərdə daha 2,5 milyard insanın yaşayacağı nəzərə alınarsa, mobillik istedadların və investisiyaların cəlb edilməsi üçün rəqabətə davamlılığın əsas amillərindən birinə çevriləcək.
“Bizim araşdırma göstərir ki, miqyasından, coğrafiyasından və rifah səviyyəsindən asılı olmayaraq ən uğurlu şəhərləri bir xüsusiyyət birləşdirir: onlar məlumatlara əsaslanan, düşünülmüş qərarlar qəbul edirlər və bu qərarlar sakinlərin şəxsi avtomobillərdən istifadədən daha səmərəli nəqliyyat növlərinə keçidini təşviq edir”, – o bildirib.
