...

Kəlbəcərin Zar kəndinin su-kanalizasiya sisteminin tikintisinə başlanılır

İqtisadiyyat Materials 16 Yanvar 2026 13:49 (UTC +04:00)
Kəlbəcərin Zar kəndinin su-kanalizasiya sisteminin tikintisinə başlanılır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Kəlbəcərin Zar kəndinin xarici su təchizatı, tullantı su şəbəkə və qurğuların tikintisi işləri aparılacaq.

Trend xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Tikilməkdə olan Obyektlərin Müdiriyyəti bununla bağlı müvafiq işlərə start verib.

Məlumata əsasən, qurum hazırda sözügedən işləri icra edəcək şirkəti müəyyənləşdirməkdədir.

Eyni zamanda qurum görüləcək işlərin 7,2 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti