Bakı. Trend:
Qrenlandiya üzrə ABŞ-Danimarka Birgə İşçi Qrupunun iclasları hər iki-üç həftədən bir keçiriləcək.
Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Livit jurnalistlər üçün keçirilən brifinqdə bildirib.
"Bu, yaxşı bir görüş olub. Və bu görüşdə tərəflər əslində Qrenlandiyanın alınması ilə bağlı texniki danışıqları davam etdirəcək şəxslərdən ibarət işçi qrup yaratmaq barədə razılığa gəldilər. Mənə deyilənə görə, bu danışıqlar hər iki-üç həftədən bir keçiriləcək.Beləliklə, administrasiya danimarkalılar və Qrenlandiyadan olan hörmətli nümayəndə heyəti ilə danışıqları davam etdirmək niyyətindədir". - deyə o bildirib.
"Lakin prezident prioritetlərini aydın şəkildə bildirib. O, ABŞ-ın Qrenlandiyanı əldə etməsini istəyir. O, bunun milli təhlükəsizlik maraqlarımıza uyğun olduğuna inanır", - deyə Leavitt əlavə edib.