...

Burada zəngin və kasıb eyni yeməyi paylaşır - Sidhu Dabinderjit

Cəmiyyət Materials 16 Yanvar 2026 10:44 (UTC +04:00)
Burada zəngin və kasıb eyni yeməyi paylaşır - Sidhu Dabinderjit
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Hər hansı bir qurdvarada, yəni zikh ibadət yerində minlərlə insanı görmək mümkündür. Azərbaycanda, o cümlədən Bakıda isə belə bir ibadət məkanı yoxdur.

Trend xəbər verir ki, bu fikirləri bu gün Zikh Federasiyasının baş icraçısı Sidhu Dabinderjit “Hindistanda zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfransda səsləndirib.

O bildirib ki, İngiltərədə ilk qurdvara 1911-ci ildə açılıb və hazırda bu ölkədə 250 qurdvara fəaliyyət göstərir.

“Hər bir qurdvarada ümumi yemək üçün xüsusi məkan var. İnsanlar burada birlikdə əyləşir və pulsuz vegeterian yemək yeyirlər. Dünyanın istənilən yerindən olan hər kəs dini inancından, imanlı olub-olmamasından, kişi və ya qadın olmasından asılı olmayaraq qurdvaraya gələ bilər. Burada hamı bərabərdir, zəngin və kasıb eyni süfrə arxasında əyləşir və eyni yeməyi paylaşır”, – deyə o vurğulayıb.

Zikh Federasiyasının baş icraçısı həmçinin, tarix kitablarında tez-tez xatırlanan Sikh dövlətinə də toxunaraq bildirib ki, bu dövlət 1799–1849-cu illəri əhatə edən, 50 il davam etmiş bir hakimiyyət dövrü olub:

“Bəzən unuduruq ki, Maharaca Rancit Sinqhin rəhbərliyi altında mövcud olmuş Sikh dövləti Böyük Britaniyadan iki dəfə, Azərbaycandan isə altı dəfə böyük əraziyə malik idi. Əhalisi isə təxminən 12 milyon nəfər təşkil edirdi”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti