...

Erməni spiker Türkiyə XİN rəhbərinə təşəkkür etdi

Dünya xəbərləri Materials 16 Yanvar 2026 15:12 (UTC +04:00)
Erməni spiker Türkiyə XİN rəhbərinə təşəkkür etdi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin xarici işlər nazirinə və bütün regional tərəfdaşlara təşəkkürümü bildirirəm.

Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu yanvarın 16-da jurnalistlərlə söhbətində Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

“Ermənistanda ictimaiyyət arasında çoxluğun sülhün irəlilədilməsi, ticarətin həyata keçirilməsi və bu ticarətin TRIPP çərçivəsində inkişaf etdirilməsi çağırışlarını dəstəkləyən Türkiyənin xarici işlər nazirinə və bütün regional tərəfdaşlara təşəkkür edirəm”, - deyə Alen Simonyan bildirib.

O, bunu Türkiyə xarici işlər naziri Hakan Fidanın Ermənistan Baş naziri Nikol Paşinyanın konstruktiv mövqeyinə dəstək ismarıcını şərh edərkən bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti