Bakı. Trend:
ABŞ administrasiyası Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes ilə sıx əlaqə saxlayır və əməkdaşlığın davam etdirilməsini səbirsizliklə gözləyir.
Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt bildirib.
"ABŞ dövlət katibi Marko Rubio və administrasiya Delsi Rodriqes və Venesuela müvəqqəti hökumətinin nümayəndələri ilə daim əlaqə saxlayır, onlar əməkdaşlığa son dərəcə hazırdırlar, ABŞ-dən və prezidentin bütün sorğularına cavab verirlər", - deyə o brifinq zamanı qeyd edib.
K.Levittin sözlərinə görə, Venesuelanın müvəqqəti prezidenti əməkdaşlığın davam etdirilməsini səbirsizliklə gözləyir.