Bakı. Trend:
Azərbaycan Respublikasının Gənclər Fondu və Bakcell-in birgə tərəfdaşlığı ilə gənclərin innovasiya, süni intellekt və rəqəmsal bacarıqlarının inkişafını dəstəkləyən yeni təqaüd proqramı elan edir.
Trend xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev Azərbaycan Respublikasının Gənclər Fondu və “Bakcell” şirkətinin birgə tərəfdaşlığı ilə İnnovasoya və Süni İntellekt üzrə Təqaüd Proqramının təqdimatı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, təqaüd proqramının əsas prioriteti gənclər arasında innovativ düşüncə tərzinin formalaşdırılması və süni intellekt əsaslı texnologiyalarla işləmə bacarıqlarının artırılmasıdır:
"Təqaüd proqramına 18-29 yaş arası gənclər müraciət edə bilərlər. Müraciətlər Fevralın 16-na qədər davam edəcək. Sonra isə müsahibə mərhələləri təşkil olunacaq. Uğur qazanan gənclərə isə fond və Bakcell tərəfindən təqaüd veriləcək".
Yusif Vəliyev qeyd edib ki, təqaüd aylıq ödənəcək.
