...

Qeyri-yaşayış sahələri üçün əmlak vergisinin artırılması təklif edilir

Cəmiyyət Materials 16 Yanvar 2026 15:17 (UTC +04:00)
Qeyri-yaşayış sahələri üçün əmlak vergisinin artırılması təklif edilir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Qeyri-yaşayış sahələri üçün əmlak vergisinin artırılması bələdiyyələrin büdcəsinə çox böyük gəlir gətirəcək.

Trend xəbər verir ki, bunu Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında deyib.

Sədr bildirib ki, paytaxtın Nərimanov rayonunda 1000 kvadratmetr qeyri-yaşayış sahəsində yerləşən bir ticarət mərkəzi obyekt sahibinə ayda 25 min manat icarə haqqı, bələdiyyəyə isə ildə bir dəfə 500 manat ödəyir.

“Qeyri-yaşayış sahələri üçün əmlak vergisinin artırılması o obyektlərə ciddi təsir etməyəcək, lakin bələdiyyələrin büdcəsinə çox böyük gəlir gətirəcək”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti