...

Pəncabda yaşayan zikhlərin sayı 30 milyondan çox deyil - İcma nümayəndəsi

Cəmiyyət Materials 16 Yanvar 2026 11:00 (UTC +04:00)
Pəncabda yaşayan zikhlərin sayı 30 milyondan çox deyil - İcma nümayəndəsi
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Biz Vahiquruya Allaha bağlılıq, dua və meditasiya üzərində formalaşmışıq. Eyni zamanda, zərurət yarandıqda hüquqlarımızı istənilən vasitə ilə müdafiə etmək gücünə də sahibik.

Trend xəbər verir ki, bu fikirləri bu gün Zikh icmasının nümayəndəsi Jas Singh “Hindistanda zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfransda çıxışı zamanı səsləndirib.

O bildirib ki, bu konsepsiya əsrlər boyu zikhlərin mənəvi kimliyinin ayrılmaz hissəsinə çevrilib və müstəqillik uğrunda aparılan bütün mübarizələrdə özünü açıq şəkildə göstərib.

“Biz boyun əyməyəcəyik və heç bir zalım rejimə təslim olmayacağıq. Hindistanda zikhlər tarixən azlıq təşkil ediblər. Məncə, onların sayı heç vaxt ölkə əhalisinin 2 faizini keçməyib. Bu gün Hindistanın əhalisi təxminən 1,4 milyard nəfərdir, Pəncabda yaşayan zikhlərin sayı isə 30 milyondan artıq deyil. Buna baxmayaraq, bizim görünən kimliyimiz və daha da önəmlisi, sarsılmaz prinsiplərimiz sayımızla müqayisədə olduqca böyük və qeyri-mütənasib töhfələr verməyimizə imkan yaradıb”, – deyə Jas Singh qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti