...

İşçi hərbi xidmətə çağırılanda ona ödənilən müavinətin miqdarı artırılıb

Cəmiyyət Materials 16 Yanvar 2026 17:52 (UTC +04:00)
İşçi hərbi xidmətə çağırılanda ona ödənilən müavinətin miqdarı artırılıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatlarında dəyişiklik edilib.

Trend-in məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Daha əvvəl işçi hərbi və ya alternativ xidmətə çağırıldığı halda əmək müqaviləsinə xitam verildikdə işəgötürən işçiyə orta aylıq əmək haqqının azı 2 misli miqdarında müavinət ödəyirdi.

Qanuna əsasən, işçi hərbi və ya alternativ xidmətə çağırıldığı halda əmək müqaviləsinə xitam verildikdə işəgötürən işçiyə orta aylıq əmək haqqının azı 3 misli miqdarında müavinət ödəyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti