...

Yeni təqaüd proqramı elan edildi - ŞƏRTLƏR (FOTO)

Gündəm Materials 16 Yanvar 2026 12:50 (UTC +04:00)
Yeni təqaüd proqramı elan edildi - ŞƏRTLƏR (FOTO)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Gənclər Fondu və Bakcell-in birgə tərəfdaşlığı ilə gənclərin innovasiya, süni intellekt və rəqəmsal bacarıqlarının inkişafını dəstəkləyən yeni təqaüd proqramı elan edilib.

Trend xəbər verir ki, Bakı Konqres Mərkəzində baş tutan təqdimat mərasimində Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev və Bakcell-in Baş direktoru Klaus Müller çıxış edərək gənclərin informasiya texnologiyaları üzrə biliklərinin dərinləşdirilməsi və karyera imkanlarının genişlənməsi baxımından təqaüd proqramının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, tərəfdaşlığın gənclər üçün yaratdığı yeni imkanlar barədə danışıblar.

Eyni zamanda, tədbir çərçivəsində Gənclər Fondu və Bakcell arasında Tərəfdaşlıq haqqında Anlaşma Bəyanatı imzalanıb. Tədbirdə müxtəlif dövlət qurumları, gənclər və könüllü təşkilatlarının nümayəndələri də daxil olmaqla, 300-dən çox qonaq iştirak edib.

Uzunmüddətli tərəfdaşlıq çərçivəsində keçiriləcək təqaüd proqramının əsas prioriteti gənclər arasında innovativ düşüncə tərzinin formalaşdırılması və süni intellekt əsaslı texnologiyalarla işləmə bacarıqlarının artırılmasıdır. Proqram çərçivəsində təqaüd haqqı qazanmış gənclər süni intellekt, data analitikası, proqramlaşdırma və UI/UX dizayn kimi gələcəyin peşələri üzrə praktiki bilik və bacarıqlara yiyələnmək imkanı əldə edəcəklər.

Birgə tərəfdaşlıq çərçivəsində keçirilən bu təşəbbüs gənclərin potensialının üzə çıxarılmasına, innovasiya ekosisteminin gücləndirilməsinə və gənc mütəxəssislərin formalaşmasına töhfə verməyi hədəfləyir. Tədris müddəti boyunca ümumilikdə 150 gəncin təqaüd proqramından yararlanması nəzərdə tutulur.

Təqaüd proqramına müraciət etmək istəyən 18-29 yaş arası və IT sahəsi üzrə baza biliklərinə sahib gənclər http://youthfoundation.az/ saytı vasitəsilə 16 fevral tarixinədək qeydiyyatdan keçə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti