...

Vəzifə tuta bilməyən şəxslər bu halda peşə müsabiqələrində iştirak edə biləcəklər

Cəmiyyət Materials 16 Yanvar 2026 20:57 (UTC +04:00)
Vəzifə tuta bilməyən şəxslər bu halda peşə müsabiqələrində iştirak edə biləcəklər
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Müsabiqə yolu ilə vəzifələrin tutulması zamanı əmək münasibətlərinin tənzimlənməsi qaydalarında dəyişiklik edilib.

Trend-in məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Qanuna əsasən, yerinə yetiriləsi işin, əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq müəyyən vəzifələri (peşələri) tutmaq üçün işəgötürən müsabiqə elan edə biləcək.

Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəzası almış şəxslər cəzasının müddətinin bitməsinə bir ay qalmış müsabiqəyə çıxarılan həmin vəzifə (peşə) üzrə müsabiqədə iştirak edə biləcəklər.

Müsabiqənin keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla işəgötürən tərəfindən bu Məcəllədə nəzərdə tutulmuş prinsiplərə zidd olmamaqla müəyyən ediləcək.

Daha əvvəl yerinə yetiriləsi işin, əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq bəzi vəzifələri tutmaq üçün işəgötürən müəyyən olunmuş qaydada müsabiqə elan edə bilərdi.

Müsabiqənin keçirilməsi şərtlərini və vəzifələrin müsabiqə yolu ilə tutulması qaydasını tənzimləyən normativ hüquqi aktı müvafiq icra hakimiyyəti orqanı qəbul edirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti