...

Müdirin tapşırığı ilə ezamiyyətə getmək məcburi olacaq

Cəmiyyət Materials 16 Yanvar 2026 17:48 (UTC +04:00)
Müdirin tapşırığı ilə ezamiyyətə getmək məcburi olacaq
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri artırılıb.

Trend-in məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Qanuna əsasən, əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas vəzifələri olacaq:

  • dövlət, kommersiyavergi sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq;
  • Əmək Məcəlləsində müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla işəgötürənin tapşırığı ilə ezamiyyətə getmək.

Ezamiyyət işəgötürənin əmri (sərəncamı, qərarı) ilə işçinin müəyyən olunmuş müddətə iş yerindən başqa yerə işəgötürənin qanunauyğun tapşırığını yerinə yetirmək üçün getməsi hesab ediləcək.

Xəbər lenti

Xəbər lenti