...

İsrail Qəzzada "Əl-Qüds Briqadaları" komandirini zərərsizləşdirdi

Dünya xəbərləri Materials 16 Yanvar 2026 13:22 (UTC +04:00)
İsrail Qəzzada "Əl-Qüds Briqadaları" komandirini zərərsizləşdirdi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail hava qüvvələrinin ötən gecə Qəzza bölgəsinin mərkəzində yerləşən Nüseyrət qaçqın düşərgəsinə endirdiyi zərbə nəticəsində “Əl-Qüds Briqadaları” ekstrimist qruplaşmasının komandiri Əhraf əl-Xatib öldürülüb.

Trend bu barədə İsrail mediasına istinadən xəbər verir.

Məlumata görə, zərbədə Xatiblərin qaldığı ev hədəfə alınıb. O və onun həyat yoldaşı həlak olub, bir neçə nəfər yaralanıb.

Qeyd edək ki, bundan əvvəl İsrail müdafiə qüvvələrinin (IDF) HƏMASın silhalı qanadının komandiri Məhəmməd Əl Həvlinin Deyr-əl-Bələ rayonunda qaldığı evində hava zərbəsi ilə zərərsizləşdirdiyi barədə məlumat yayılmışdı.

HƏMAS-ın rəsmi nümayəndəsi Osama Həmdan hərbi qanad komandiri Həvlinin öldürüldüyünü təsdiqləmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti