Bakı. Trend:
Əvvəlki illərdə ümumi təhsil müəssisələrini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydada keçiriləcək imtahanlara sənəd qəbulu artıq yekunlaşıb. Cari ildə 6 mindən çox şəxs imtahanda iştirak etmək üçün müraciət edib.
Trend xəbər verir ki, bu
barədə MÜTDA məlumat yayıb.
Bildirilir ki, imtahan yerli təhsili idarəetmə orqanları tərəfindən
31 yanvar saat 11:00-da təşkil olunacaq.
Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi
müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini
başa vura bilməmiş şəxslərə bu səviyyələr üzrə buraxılış imtahanı
verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi
daşıyır.
