Bakı. Trend:
Azərbaycan “Mastercard” şirkəti ilə kibertəhlükəsizlik və ümumilikdə nəqliyyat sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.
Trend xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” hesabında paylaşım edib.
“Mastercard” şirkətinin sədr müavini və strateji inkişaf üzrə prezidenti Con Hantsman ilə görüş keçirdik. Görüş zamanı süni intellekt, kibertəhlükəsizlik, rəqəmsal inkişaf, eləcə də tranzit daşımaları və ümumilikdə nəqliyyat sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdik. Həmçinin Bakıda kibertəhlükəsizlik üzrə mükəmməllik mərkəzinin yaradılması ilə bağlı fikir mübadiləsi apardıq”, - paylaşımda qeyd edilib.
