...

Putin Pezeşkian və Netanyahuya zəng etdi

Dünya xəbərləri Materials 16 Yanvar 2026 14:32 (UTC +04:00)
Putin Pezeşkian və Netanyahuya zəng etdi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranın prezidenti Məsud Pezeşkianla rusiyalı dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitriy Peskov mətbuata açıqlamasında bildirib.

Telefon danışığında Yaxın Şərqdə, o cümlədən İrandakı vəziyyət müzakirə olunub.

Peskovun sözlərinə görə, Putin vəziyyətin de-eskalasiyası üçün səylər göstərir.

“Məsələ yalnız İrana deyil, həm də bütün regiona, regional sabitlik və sülh məsələsinə yardım deməkdir. Rusiya, o cümlədən prezidentin fəallığı sayəsində gərginliyin azaldılmasına töhfə vermək məqsədilə hazırda da bu yardımı göstərir”, – mətbuat katibi bildirib.

Qeyd edək ki, yanvarın 16-da Putin həmçinin, İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığı aparıb. Tərəflər Yaxın Şərqdə, o cümlədən İranda vəziyyətlə bağlı fikirlərini bölüşüblər. Kremlin məlumatına görə, Rusiya lideri regionda sabitlik və təhlükəsizliyin təmin olunmasına yönəlmiş diplomatik addımların fəallaşdırılması ilə bağlı yanaşmalarını açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti