...

Albaniya Azərbaycan və Ermənistan arasında dialoqda son dövrlərdə müşahidə olunan müsbət irəliləyişləri alqışlayır - Səfir

Siyasət Materials 16 Yanvar 2026 11:03 (UTC +04:00)
Albaniya Azərbaycan və Ermənistan arasında dialoqda son dövrlərdə müşahidə olunan müsbət irəliləyişləri alqışlayır - Səfir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Albaniya Azərbaycan və Ermənistan arasında dialoqda son dövrlərdə müşahidə olunan müsbət irəliləyişləri alqışlayır və ümid edir ki, bu addımlar münaqişənin uzunmüddətli həllinə gətirib çıxaracaq.

Bunu Trend-ə özəl müsahibəsində Albaniyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Besart Kadia bildirib.

“Biz vəziyyəti diqqətlə izləməyə davam edirik və hər iki ölkənin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına dəstəyimizi bir daha təsdiqləyirik. Vurğulayırıq ki, beynəlxalq norma və prinsiplərə tam riayət olunmaqla aparılan konstruktiv dialoq Cənubi Qafqazda davamlı sülhün, barışığın və sabitliyin əldə olunmasının əsas açarıdır.Albaniya hər iki ölkənin qarşıdurma əvəzinə dialoqa hazır olmasını yüksək qiymətləndirir və Prezident Trampın liderliyi ilə Ağ Ev səviyyəsində təsbit olunmuş sülh yolunda tarixi mərhələni alqışlayır. Biz bu razılaşmanı onilliklər davam edən münaqişənin başa çatmasını tərənnüm edən, münasibətlərin tam normallaşması, eləcə də regional etimadın, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üçün əsas yaradan mühüm addım kimi qiymətləndiririk”, – deyə Kadia bildirib.

Xatırladaq ki, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və Dövlətlərarası Münasibətlər haqqında” Sazişi paraflayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti